BAKI, 12 sentyabr. TELEQRAF
Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç qəbula İrəvana təşəkkür edib.
Teleqraf xəbər verir ki, Türkiyə rəsmisi bu barədə X səhifəsində yazıb.
“Səmimi qəbul üçün təşəkkür edirəm. Yenidən görüşməyimə şadam”, - Kılıç bildirib.
Qeyd edək ki, Sərdar Kılıç bundan əvvəl Ermənistan ərazisində bu ölkədən olan həmkarı Ruben Rubinyanla görüşmüşdü.