EN

Paşinyan Azərbaycanın növbəti şərtini də qəbul etdi - RƏY

Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın növbəti şərtini qəbul edib. Ermənistan 2026-cı il dövlət büdcəsindən orduya ayrılan vəsaiti azaldıb. Bu, Ermənistanın hücum silahları almamasına əsaslanir”.

Bunu hafta.az -a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, Ermənistan tərəfi sülh müqaviləsində maraqlıdırsa, təbii ki, silahlanmaya ayrılan vəsaiti azaltmalı idi.

Ekspert vurğulayıb ki, Ermənistan əvvəlki illərdə hücum silahları almaq üçün orduya ayrılan vəsaiti hər il artırıb. Hindistandan iki il ərzində alınan raket sistemləri məhz bu müstəvidə həyata keçirilib. Bu gün isə reallıq başqa addımları tələb edir:

“Ermənistan hakim partiyası qurultaya gedir. Qurultaydan sonra seçkilərə hazırlıq prosesi başlayacaq. Seçkiləri pozmaq və hakimiyyəti zorla ələ keçirmək planına malik müxalifət-kilsə tandemi revanşa hazırlaşır. Bu gün Paşinyanın hədəfində Baş keşiş II Qaregini istefaya məcbur etməkdir. Çünki II Qaregin Paşinyana qarşı seçkilərdə aktiv şəkildə problem yarada bilər. Ona görə də II Qaregini devirmək üçün növbəti aylarda ona qarşı təzyiqlər həyata keçirilməsi istisna deyil. II Qaregini istefaya göndərmək mümkün olacaq. Çünki Paşinyan Ermənistan daxilində heç bir mərkəzə və quruma uduzmayıb. Güclü olan ordunu da özünə tabe etdi. Təbii ki, kilsə ideoloji və xalqın inam yeridir. Amma xalqın artıq kilsəyə inamı yoxdur. Çünki II Qaregin erməni xalqına sülh yox, müharibə vəd edir. Bu da Paşinyanın əlini gücləndirir”.

Chosen
3
2
hafta.az

3Sources