EN

Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün görüləcək işlər açıqlanıb

Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə Azərbaycanda müxtəlif su konservasiya və su idarəetmə tədbirləri həyata keçiriləcək.

FED.az xəbər verir ki, bunu  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün sahilyanı zonaların optimal idarəetmə planı hazırlanacaq və ərazinin ekosistemi qorunacaq: "Eyni zamanda, Şimal çayları, xüsusilə Peçora çayının Kama-Volqa vasitəsilə Xəzərə axınının artırılması məsələsi müzakirə edilir".

R. Verdiyev bildirib ki, Xəzər dənizinə əlavə suyun yönləndirilməsi üçün meşə salınması və suyun çaylara daxil olmasını təmin edən konservasiya tədbirləri də planlaşdırılır: "Magistral kanalların bərpası və betonlaşdırılması yolu ilə su itkisi minimuma endiriləcək və əlavə suyun Xəzərə yönəldilməsi mümkün olacaq".

***

Son dörd ildə Xəzər dənizinin səviyyəsində 24 santimetr azalma qeydə alınıb.

FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, səviyyənin enməsinin əsas səbəbləri yağıntıların azalması və temperaturun yüksəlməsidir. 

R.Verdiyev alimlərin proqnozlarına əsaslanaraq qeyd edib ki, iqlim dəyişmələrinin davam etməsi Xəzər dənizi sahillərində ekoloji və iqtisadi problemlərə gətirib çıxara bilər. (Report)

Chosen
30
3
fed.az

4Sources