Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2 min 355 manat talanıb.
Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər. pizza mizza
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E. Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H. Süleymanov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız