EN

Ramiz Alıyev: “Qeyri-hökumət təşkilatlarının təltif təşəbbüsləri doğru deyil”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bəzi qeyri-hökumət təşkilatlarının orden və medallar təsis etməsini düzgün hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, belə təşəbbüslər dövlətin səlahiyyətlərinə aid məsələdir və yalnız müvafiq dövlət qurumları tərəfindən həyata keçirilməlidir:

"Fikrimcə, bu, zamanında verilmiş bir bəyanatdır. QHT-lərin orden və medallar təsis etməsi və təqdim etməsi düzgün deyil. Bu baxımdan, məsələ ilə bağlı mövqenin ortaya qoyulması təqdirəlayiqdir."

 

Pərvanə Fərhadqızı

Chosen
24
qht.az

1Sources