EN

Sentyabrın 13 nə Azərbaycanda hava proqnozu açıqlandı

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Doğru.az xəbər verir ki, gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Paytaxtda gecə 17-19, gündüz isə 22-24 dərəcə isti gözlənilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 70-75 faiz, gündüz 55-65 faiz təşkil edəcək.

Regionlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq zonalarda isə sulu qar müşahidə ediləcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi ara-sıra güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlıq ərazilərdə isə gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
49
dogru.az

10Sources