Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Heftelik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
“Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, – TƏBİB-dən bildirilib.
Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.