EN

Tramp nəhayət Rusiyaya təzyiqi gücləndirməyə hazırdır, amma... Politico

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampı inandıra bilib ki, Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaqda maraqlı deyil. 

Qaynarinfo xəbər verir ki, Avropa İttifaqının yüksək səviyyəli texniki qrupu maliyyə məhdudiyyətlərini və Rusiya neft-qaz tədarükünün dayandırılması planlarını müzakirə etmək üçün Vaşinqtona göndərilib.

"Tramp nəhayət bizim tərəfimizdədir. İndi əsas məsələ iki yanaşmanı necə uzlaşdırmaqdır”, – deyə avropalı diplomat jurnalistlərə bildirib.

Nəşr xatırladır ki, hazırda Aİ Rusiyaya qarşı artıq 19-cu sanksiya paketini yekunlaşdırır. Danışıqlarda iştirak edənlərin çoxu effektiv tədbirlərin amerikalılarla tərəfdaşlıq şəraitində həyata keçirilməli olduğuna razıdır. Jurnalistlərin yazdığına görə, həm Aİ, həm də ABŞ Putin üzərində təzyiqin artırılmasının vacibliyində razıdır ki, o, danışıqlar masasına otursun. Bununla belə, tərəflər fərqli strategiyalara üstünlük verirlər: Tramp Kremlın hərbi büdcəsini tükətmək üçün rüsumlardan istifadə etmək istəyir, Aİ isə Moskva ilə əməkdaşlıq edən müəssisə və maliyyə qurumlarına qarşı sanksiyaların tətbiqində israr edir.

Daha bir avropalı diplomat jurnalistlərlə söhbətində ABŞ-da bu mövzuda qızğın müzakirələrin gözlənildiyini etiraf edib. O, Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurmaq üçün birgə hərəkət etməyin vacibliyini vurğulayıb.

Nəşr əlavə edir ki, bu həftənin əvvəlində Tramp Hindistan və Çinə qarşı, Rusiya neft və qazını aldıqları üçün, 100 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını bəyan edib. Amma o, bunu Aİ-nin də eyni addımı atacağı halda edəcəyini qeyd edib. Lakin Avropa İttifaqı bu təşəbbüsü iqtisadi və siyasi cəhətdən mümkün saymır. "Biz rüsum tətbiq etmirik. Biz ticarət blokuyuq. Biz ixracatçıyıq. İxrac – Aİ iqtisadiyyatının mühərrikidir. Bu, bizim DNT-mizdir”, – Avropa Xarici Əlaqələr Şurasının baş elmi əməkdaşı Aqate Demare izah edib.

O vurğulayıb ki, Tramp tərəfdaşlara qeyri-real tələblər irəli sürür və sonradan bunu Rusiyaya qarşı təzyiqi artırmaqdan imtina etməsinə bəraət qazandırmaq üçün istifadə edir. Bununla belə, Aİ Şurasına sədrlik edən Danimarka tərəfindən hazırlanmış yaxın vaxtlarda müzakirə sənədində bəzi Avropa ölkələrinin Moskvanın ticarət tərəfdaşlarına qarşı rüsum tətbiqi imkanını nəzərdən keçirdiyi qeyd olunub. Bir neçə diplomatın sözlərinə görə, bu ideya ötən ay müzakirə olunsa da, nazirlər tərəfindən dəstək tapmayıb.

Ukrayna prezidenti Volodimir Zelenski isə bir qədər əvvəl bildirib ki, hazırda Rusiyanı sülhə məcbur edə biləcək təhlükəsizlik sistemi qurulur. O, hələ bütün təfərrüatları açıqlaya bilməyəcəyini qeyd edib.

Zelenskinin sözlərinə görə, plan xüsusilə pilotsuz uçuş aparatları sistemlərinin inkişafı, müdafiə sistemlərinin təkmilləşdirilməsi və düşmən hücumlarının qarşısının alınması kimi tədbirləri nəzərdə tutur ki, bu da Rusiyanın müharibəni davam etdirmək ehtimalını azaldacaq.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
qaynarinfo.az

1Sources