EN

“Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olundu – FOTO 

Sentyabrın 12-də Şəhriyar adına Mədəniyyət Mərkəzində “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri – “Zəngəzur mahnısı”nı təqdim edib.

Doğru.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mahnının ideya müəllifi, Əməkdar artist Ramil Qasımov çıxışında bildirib ki, “Zəngəzur mahnısı” yalnız musiqi əsəri deyil, həm də mədəni və siyasi əhəmiyyət daşıyır: “Əminəm ki, bu mahnı bizi Zəngəzura aparan yol kimi qəbul olunacaq və sevilən bir əsərə çevriləcək”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva layihəyə dəstək göstərdiklərini vurğulayaraq, şəhidlərin fədakarlığının bu günümüzün təminatçısı olduğunu qeyd edib.

Mahnının sözlərinin müəllifi Şahin Musaoğlu, bəstəkarı isə Əməkdar artist Vüqar Camalzadədir. Əsəri Xalq artistləri Mübariz Tağıyev, Tunzala Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Etibar Hüseynov və İlkin Əhmədov ifa ediblər.

Klipin çəkilişləri Laçın, Zəngilan və Qubadlı rayonlarında aparılıb. “Zəngəzur mahnısı” artıq radiolarda səslənir və bu gündən etibarən televiziya kanallarında da yayımlanacaq.

Əsər Qərbi Azərbaycana qayıdış arzusu, milli yaddaşın gücləndirilməsi və mədəni irsimizin təbliği məqsədi daşıyır. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

DOĞRU.AZ

image-1757665378572372895_1200x630 image-175766537881830190_1200x630 image-1757665378795833128_1200x630 image-17576653781917449520_1200x630 image-1757665378479557142_1200x630 image-17576653783186112468_1200x630 image-1757665378332841123_1200x630

Chosen
19
dogru.az

1Sources