EN

Putin və Tramp Krımda görüşə bilərlər

Krım Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün növbəti görüş üçün simvolik yerdir.

Adalet.az xəbər verir ki, bunu Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.

"Krım çox simvolik yerdir. Yarımada ilə bağlı danışıqların aparılması avtomatik olaraq Krımın Rusiya statusunun tanınması deməkdir",- o, vurğulayıb.

Qeyd edək ki, sentyabrın 10-da Tramp yaxın günlərdə Putinlə telefon danışığı aparacağını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, onun Rusiya lideri ilə söhbəti bu həftə və ya gələn həftənin əvvəlində baş tutacaq.

Chosen
12
6
adalet.az

9Sources