EN

“Rusiyanın Polşanın hava məkanına qəsdən müdaxiləsinə dair sübutlar var” Nazir

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski bildirib ki, Rusiyanın onların hava məkanına qəsdən müdaxiləsinə dair sübutları var.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" "Wirtualna Polska"ya istinadən məlumat yayıb.

"Rusiya qəsdən Polşaya hücum edib. Bunu təsdiqləyən faktlar və sübutlarımız var. Bu, dezinformasiya kampaniyası ilə əlaqələndirilən planlaşdırılmış təxribat idi. Bu həqiqəti yumşaltmaq Rusiya narrativini gücləndirir. Bu faktı zəiflədən hər bir söz Rusiya dezinformasiyasını dəstəkləyir. Dezinformasiya da müharibənin bir elementidir", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
azpolitika.info

1Sources