EN

Almaniya şirkəti su təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-də möhtəşəm konsertlər!

Almaniyanın "Luke Jesko" şirkəti su təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Day.Az xəbər verir ki, bunu Trend-ə "Luke Jesko" alman şirkətinin satış meneceri Səid Kazimi 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransının (Baku Water Week, Bakı Su Həftəsi) ikinci günü çərçivəsində deyib.

O qeyd edib ki, sərgi bələdiyyə xidmətləri və mühəndislik şirkətlərinin nümayəndələri ilə təcrübə mübadiləsinin aparılması və texnologiyaların nümayiş olunması üçün unikal imkan yaradır.

Təqdim olunan məhsullar arasında həm iri su təchizatı sistemlərində, həm də uzaq bölgələrdə istifadə olunan elektroxlorlama və xüsusi kimyəvi maddələrin dozalanması sistemləri var.

Kazimi qeyd edib ki, "Luke Jesko" yalnız satış sahəsində deyil, həm də konsaltinq və layihələndirmə sahəsində Azərbaycanda fəal işləyir. "Biz texnologiyalarımızdan istifadə etmək və yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq istəyirik ki, uğurlu gələcəyi təmin edə bilək . Bu, inkişaf edən bir bazardır və birgə iş bütün iştirakçılara fayda gətirəcək",- deyə o bildirib.

Şirkət Avropa tərəfdaşları ilə əməkdaşlığın davamını gözləyir və Azərbaycanda bilik və texnologiyaların mübadiləsi üçün perspektivli bir platforma görür.

Chosen
17
1
day.az

2Sources