EN

Metroda qiymətlər artacaq? – Sədrin müşaviri izah etdi

“Bakı Metropoliteni” QSC qiymət və tarifləri artırmaq və ya azaltmaq səlahiyyətinə malik deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında sədrin müşaviri Emil Əhmədov deyib.

O bildirib ki, ümumi gedişhaqqı artmayacaq, lakin gələcəkdə diferensial qiymət tətbiqi mümkün ola bilər: “Bu, gündəmdə olan məsələdir, lakin müvafiq infrastruktur işləri tamamlanmalı və ödəniş sistemi hazır olmalıdır. Hazırda yekun qərar yoxdur.”

Chosen
34
1
konkret.az

2Sources