EN

VİP Edu Mall da psixoloji təhsildə yeni proqram təqdim olundu FOTOLAR

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

7 sentyabr 2025-ci ildə VİP Psixologiya Akademiyası və VİP Edu Mall-un birgə təşkil etdiyi tədbirdə Azərbaycanda ilk dəfə unikal üçlü proqram təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, proqram inklüziv siniflərə hazırlıq, psixoloji-pedaqoji adaptasiya, akademik tədris və loqopedik yanaşmanı özündə birləşdirərək xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəb mühitinə inteqrasiyasını asanlaşdırır.

Tədbirdə Akademiyanın təsisçisi Malik Məmmədov, direktor Vüsalə Məmmədova, icraçı direktor Ofeliya Əliyeva və baş psixoloq Rüfət Xəlilzadə çıxış edərək psixoloji xidmətlərin inkişafı, mütəxəssislərin peşəkarlığının artırılması və inklüziv təhsilin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar.

Sonda bildirilib ki, VİP Psixologiya Akademiyası və VİP Edu Mall yaxın vaxtlarda psixoloji inkişaf və inklüziv təhsilə dair yeni layihələr həyata keçirəcək.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
azxeber.com

1Sources