Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu baş tutmayıb.
Â
Pravda.az-ın xəbərinə görə, bunun səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Â
Kotirovka sorğusunun dəyəri 6 000 AZN olub. Buraya qələmlər və katriclər daxildir. RİH yenidən satınalma keçirməyə hazırlaşır.
Â
Cabir
Tarix: 12 Sentyabr 2025, 13:12Â Â Â