"Azərbaycanda təhsil sisteminin səviyyəsi qeyri-kafidən kafiyə doğru irəliləyib".
O qeyd edib ki, qarşıdakı illərdə isə prioritet məsələ kafidən yaxşıya doğru inkişaf etməkdir:
"Mümkün deyil ki, biz yaxşıdan sonrakı mərhələdə tətbiq olunan alətləri bu günün təhsil sisteminə tətbiq edək. Çünki sistemin özü o mərhələdə deyil. Bizi qarşıda uzun və çətin yol gözləyir. Çalışmalıyıq ki, həm təhsil sistemini, həm də təhsilin keyfiyyətini qaldıraq".