EN

Metrodan istifadə edənlərin sayı azaldı

Bu ilin yanvar-avqust aylarında metrodan 142 milyon 610,2 min sərnişin istifadə edib.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.

Hesabat dövründə metroda sərnişin dövriyyəsi isə 1 milyon 677,8 min km təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında metro ilə 127 milyon 587,1 nəfər daşınıb.

Qeyd edək ki, ümumilkdə sərnişinlərin 88,9 faizi avtomobil, 10,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Chosen
223
3
avtosfer.az

10Sources