EN

Bakıda mənzildə yanğın baş verdi

BAKI, 12 sentyabr. TELEQRAF

Bakının Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 130 m² olan 6 otaqlı mənzilin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
52
teleqraf.com

1Sources