EN

Meksikada narkokartelin baş maliyyəçisi həbs edilib

Meksika hakimiyyət orqanları “Yeni nəsil Xalisko” narkokartelinin əsas maliyyəçisi hesab edilən Oskar Antonio Alvares Qonzalesi paytaxtın hava limanında həbs edib.

Herbiand.az bildirir ki, bu barədə Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bəyanata görə o, mütəşəkkil cinayətkarlıqda və çirkli pulların yuyulmasında iştirak etməkdə ittiham olunur. Həmçinin, daşınmaz əmlakın alınması, tekila və heyvandarlıq sənayesində şirkətlərin idarə edilməsi yolu ilə fəaliyyət göstərən cinayətkar qrupun əsas maliyyə operatoru hesab olunur.

Onun həbs olunması Barselonadan təyyarə ilə gələn zaman Mexiko beynəlxalq hava limanında həyata keçirilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
14
herbiand.az

1Sources