EN

Yazıçı Anar: Bu yaradıcılıq evi xüsusən gənclərə böyük stimul verəcək - AÇIQLAMA

BAKI, 12 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyev Bakının Şüvəlan qəsəbəsindəAzərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak etdi. Bu bina cənab Prezidentin təşəbbüsü ilə inşa edilib və açılış mərasimində şəxsən özünün iştirakı böyük əhəmiyyət daşıyır".

Bunu Teleqraf-a açıqlamasında AYB sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

"Yaradıcılıq evi ölkəmizdə ədəbiyyatın və yaradıcı fəaliyyətin inkişafına mühüm töhfə verəcək. Şabranda fəaliyyət göstərən yaradıcılıq evindən sonra bu, yazıçılar üçün ikinci belə məkandır və paytaxta yaxın yerləşməsi ilə fərqlənir. Bura yazıçılar üçün həm istirahət, həm də yaradıcılıqla məşğul olmaq imkanı yaradacaq.

Bəzi qələm sahibləri ev şəraitində işləməkdə çətinlik çəkirlər. Ya sakit mühit yoxdur, ya da lazımi şəraitlə təmin olunmayıblar. Bu baxımdan, belə yaradıcılıq evləri yazıçı və şairlərin iş yeri, eyni zamanda istirahət məkanı rolunu oynayır. Xüsusilə gənc yazıçılar üçün bu cür şəraitin yaradılması onların yaradıcılıq inkişafına böyük stimul verəcək", - Xalq yazıçısı bildirib.

Qeyd edə ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var.

Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq.

Senytabrın 10-da komleksin açılışı mərasimində Azərbaycan prezidenti iştirak edib.

Chosen
122
teleqraf.com

1Sources