EN

Dişlərini yumayanlarda qaraciyər xərçəngiyarana bilər




Dişləri yanlış, səhv fırçalama qaraciyər xərçəngi riskini 75% artırır.


Hər birimizə uşaqlıqdan gündə iki dəfə dişləri fırçalamağı tövsiyə edirlər.

Bu sadə hərəkət dişlərimizin təmizliyinə və sağlamlığına, həmçinin mümkün çürüklərin qarşısının alınmasına gəldikdə həyati əhəmiyyət kəsb edir. Bununla belə, gözləmədiyiniz başqa bir faydası ola bilər.

“Medicina” xəbər verir ki, zəif ağız gigiyenası qaraciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Elmi araşdırma ağrılı və ya qanayan diş ətləri, ağız yaraları və boş, laxlayan, çürük dişlərdən əziyyət çəkənlərin hepatoselüler karsinomaya tutulma ehtimalının 75 faiz daha çox olduğunu müəyyən edib.Bu, birincili qaraciyər xərçənginin ən çox yayılmış formasıdır.

Alimlər ağız sağlamlığı ilə qaraciyər, bağırsaq, düz bağırsaq və mədəaltı vəzi xərçəngi də daxil olmaqla bir sıra mədə-bağırsaq xərçənginin inkişaf riski arasında əlaqəni araşdırıblar.

Altı il ərzində 4069 iştirakçı mədə-bağırsaq xərçənginə tutuldu. Və bu halların 13 faizində xəstələr ağız sağlamlığının pis olduğunu bildirdilər.

Alimlər qeyd ediblər ki, ağız sağlamlığı, dişləri zəif olanlar daha çox gənclər, qadın və əlverişsiz ərazilərdə yaşayanlardır.

Dişlərinizi hər gün və yaxşı fırçalamamaq mədə və ağız xərçəngi riskini artıra bilər.


Qaraciyər hepatit, sirroz və ya xərçəng kimi xəstəliklərlə zədələndikdə, onun funksiyası pisləşir və bakteriyalar daha uzun müddət yaşayır və buna görə də daha çox zərər verə bilər.

Bir bakteriya, Fusobacterium nucleatum ağızda yaranır, lakin onun qaraciyər xərçəngindəki rolu aydın deyil.

Aygün Musayeva


Chosen
18
1
medicina.az

2Sources