EN

İran MAQATE ni hədələdi

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, MAQATE ilə əməkdaşlığın bərpasına dair yeni saziş İslam Respublikasına qarşı düşmənçilik hərəkətləri, o cümlədən BMT sanksiyalarının bərpası olmadığı müddətcə qüvvədə qalacaq.

"Bu sənədin etibarlılığı İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin olmaması ilə şərtlənir. Məsələn, "snapback" mexanizmi işə salınarsa, bu razılaşmanın icrası da dayandırılacaq", - deyə Əraqçi razılaşmanın əldə olunduğu Misirə səfərinin ardından İran mediasına bildirib.

Snapback mexanizmi İran və dünyanın altı qüdrətli dövləti arasında 2015-ci il nüvə sazişini təsdiqləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq BMT-nin İrana qarşı sanksiyalarının avtomatik bərpasını nəzərdə tutur. Avqustun 29-da Fransa, Almaniya və Böyük Britaniya (E3) hərtərəfli silah embarqosu və bankçılıq və gəmiçiliklə bağlı əsas məhdudiyyətlər də daxil olmaqla, BMT sanksiyalarının avtomatik qaytarılması üçün geri sayım başladıb. İran bu addımı pisləyib və bildirib ki, bu üç ölkə 2018-ci ildə JCPOA-dan çıxan ABŞ-ın təsiri altındadır.

Əraqçi qeyd edib ki, MAQATE ilə yeni saziş ABŞ-ın İranın dinc nüvə obyektlərinə hücumundan sonra dəyişmiş şərtləri nəzərə alır. "NPT-nin tərəfi olaraq və əvvəlki razılaşmalara əsaslanaraq, biz həmişə Agentliklə əməkdaşlıq etmişik və proqramımız da dinc xarakterli olub və MAQATE-nin nəzarəti altında olub. Lakin, - deyən Əraqçi vurğulayıb ki, "hücumdan sonra şərtlər dəyişdi və Agentlik ilə danışıqlarda biz israr etdik ki, əməkdaşlıq bundan sonra eyni şəkildə davam edə bilməz".

İranlı nazir qeyd edib ki, sazişin əsas aspekti “ortaya çıxan yeni şərtlərin rəsmi tanınması”dır və İranın MAQATE ilə əməkdaşlığı yeni format çərçivəsində həyata keçirilməlidir.

VƏLİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
sesqazeti.az

1Sources