EN

“Almaniya Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə dəstəyini davam etdirəcək” - Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri

“Azərbaycan və Ermənistan arasındakı sülh sazişi Sovet İttifaqının dağılması ilə başlayan, demək olar ki, qırx il davam edən münaqişəyə son qoyur”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Armin Laşet Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan ilə görüşü zamanı deyib.

"Yaxşı ki, iki ölkə sülh və münasibətlərin normallaşdırılması yolunu seçib”, - deyə almaniyalı siyasətçi vurğulayıb. 

Laşet bildirib ki, Ermənistan və Azərbaycan hökumətləri bu addımdan regionda insanların əzab-əziyyətinə son qoymaq və daha yaxşı gələcəyə ümidlərini artırmaq üçün istifadə ediblər:

“Saziş, həmçinin, bütün regionda və Mərkəzi Asiya arasında sabitlik və yeni yolların açılmasına töhfə verir”, - deyə siyasətçi əlavə edib.

Laşet qeyd edib ki, Almaniya sülh prosesinə dəstəyini davam etdirəcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
5
1
missiya.az

2Sources