EN

Nepalda iğtişaşlar – 50 nəfər öldü

Nepalda kütləvi iğtişaşlar nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə France-Presse agentliyi yerli polisə istinadla məlumat yayıb. Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, iğtişaşların gedişində 51 nəfər ölüb, 1300-dən çox insan yaralanıb.

Katmanduda və Nepalın digər şəhərlərində sosial şəbəkələrə qoyulan qadağaya və korrupsiya qarşı həftənin əvvəlində başlayan etirazlar sonradan iğtişaşlara çevrilib. Bu, ölkənin baş naziri Şarma Olinin istefasına səbəb olub.

Etirazların əsas iştirakçıları tələbələr və “Gen-Z” gənclər hərəkatının fəalları olub. Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə, prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. Ölkədə komendant saatı tətbiq olunub.

Sentyabrın 9-da etirazlar fonunda hakimiyyət sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib. Bir gün sonra isə ölkə ordusu Gen-Z hərəkatının və digər siyasi qüvvələrin nümayəndələri ilə müvəqqəti hökumətin formalaşdırılması barədə danışıqlara başlayıb.

Chosen
13
4
tribunainfo.az

7Sources