EN

Azərbaycanda qızıl və gümüş istehsalı artdı

BAKI, 12 sentyabr. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2113,4 kiloqram qızıl istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 43,1% artım qeydə alınıb.

Hesabat dövründə ölkədə 2746,1 kiloqram gümüş istehsal edilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 33,2% çoxdur.

Sentyabrın 1-ə hazır qızıl ehtiyatı 114,5 kiloqram, gümüş ehtiyatı isə 577 kiloqram təşkil edib.

Chosen
130
teleqraf.com

1Sources