EN

Milli Paralimpiya Komitəsində yeni təyinat reallaşıb

Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat reallaşıb. MPK-dən SİA-ya bildirilib ki, Şahin Kazımzadə qurumun prezidentinin müşaviri təyin edilib.

Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Eləcə də, Azərbaycan Teviziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyidaxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.

Chosen
25
5
sia.az

10Sources