EN

Ermənistan prezidenti: “Referendum olmayacaq”

“Vaşinqtonda əldə etdiyimiz ən mühüm şey odur ki, iki tərəf, mən Azərbaycan və Ermənistanı nəzərdə tuturam, sülh şəraitində yaşamağa razı oldular”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.

Onun sözlərinə görə, bəyannamədə əsas tənzimləmə prinsipləri, TRİPP yollarının işinin əsas prinsipləri var. “Ərazi bütövlüyü var, ikincisi müstəqillikdir, üçüncüsü yurisdiksiyadır, dördüncüsü qarşılıqlılıqdır, beşincisi suverenlikdir. Biz bu prinsiplərə uyğun işləyəcəyik”.

O qeyd edib ki, Zəngəzur dəhlizində amerikalılar olmayacaqlar. “Orada ermənilər olacaq”.

Xaçaturyan bildirib ki, Ermənistanda konstitusiyaya dəyişikliyi sülh müqaviləsi ilə bağlı deyil. “Bundan əvvəl bu barədə müzakirələr başlamışdı. Eyni zamanda, hazırkı Konstitusiya Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmur”.

Ermənistan prezidenti onu da vurğulayıb ki, indi referendum olmayacaq. “Biz indi seçkiyə gedirik”.

Fərda Uğur

Chosen
16
1
tribunainfo.az

2Sources