EN

Fasilə başa çatır: turun ilk oyunlarına baxış

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Futbolpress.az-ın məlumatına görə, günün ilk matçında “Kəpəz” Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüşə saat 17:45-də start veriləcək.

“Kəpəz” 3 turdan sonra autsayderdir. Adil Şükürovun rəhbərlik etdiyi kollektivin qələbəsi yoxdur. Əvəzində komanda 3 oyunda 10 qol buraxıb. Gəncə təmsilçisi yalnız ikinci turda “Karvan-Yevlax”la görüşdə qol vurmağı bacarıb (2 qol).

“Araz-Naxçıvan” isə daha yaxşı formadadır. Konfrans Liqasında “Omoniya”ya (Kipr) böyükhesablı məğlubiyyətlərə (0:4, 0:5) baxmayaraq baş məşqçi Elmar Baxşıyev komandanı toparlaya bilib. Naxçıvan təmsilçisi 3 turda 7 xal toplayıb. Birinci matçda “Zirə” ilə qollu heç-heçə edən “Araz-Naxçıvan” daha sonra “Qəbələ” və “Turan Tovuz”a eyni hesabla – 2:1-lə qalib gəlib.

Bugünkü görüşün də favoriti məhz Baxşıyevin kollektividir. “Kəpəz”də hələ komanda formalaşmayıb və oyun üslubları bəlli deyil. Yeni transferlər ümid vermir, komandanın qələbə potensialı aşağıdır.

Komandalar arasındakı son oyunlarda heç-heçə qeydə alınıb. Ümumiyyətlə, komandaların son 5 matçında “Araz-Naxçıvan” 2 qələbə qazanıb. Bir görüşdə “Kəpəz” qalib gəlibsə, iki matçda qapılara qol vurulmayıb.

Günün digər matçında “Qarabağ” “Zirə”ni qəbul edəcək. “Azersun Arena”da keçiriləcək matça saat 20:00-da start veriləcək. Görüşün favoriti “atlılar”dır. Buna baxmayaraq, “Qarabağ”ın 4 gün sonra Çempionlar Liqasında “Benfika” ilə oyunu var. Qurban Qurbanov “Zirə” ilə matça ehtiyatlı yanaşa bilər. Qurbanovun əsas heyət üzvlərinin bəzilərini azı bir hissə kənarda saxlamaq, lazım gələrsə ikinci hissədə oyuna daxil etmək variantı realdır.

“Zirə” isə bu mövsüm məğlub olmayan kollektivlərdəndir. “Araz-Naxçıvan”la heç-heçə edən “qartallar” daha sonra “Qəbələ” və “Kəpəz”ə qalib gəlib. Rəşad Sadıqovun komandasının indiki məqamdakı gücü məhz bu gün “Qarabağ”la oyunda məlum olacaq.

Komandalar arasında son beş matçda heç-heçə olmayıb. 4 oyunda “Qarabağ”, 1-də isə “Zirə” qələbə qazanıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
futbolpress.az

1Sources