EN

YAP Sabirabad rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı üzrə Mədəniyyət İdarəsi ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası respublikada siyasi proseslərin inkişafında aparıcı mövqeyə malikdir. Qeyd olunub ki, YAP-ın fəaliyyəti ölkədə davamlı tərəqqinin təmin olunmasına mühüm töhfə verir, partiyanın müəyyən etdiyi strateji hədəflər isə cəmiyyətin rifahına və dayanıqlı gələcəyinə xidmət edir”.

Görüşdə, həmçinin Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının yeni sədri və sədr müavini seçilib.

Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
sesqazeti.az

1Sources