EN

Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlandı

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Chosen
24
22
kulis.az

10Sources