EN

"Lənkəran" kanadalı basketbolçu ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Lənkəran” daha bir legioner basketbolçu ilə güclənib. Komandamız kanadalı Ankid Çoudharyni heyətinə qatıb. 24 yaşlı basketbolçu 185 sm boya malikdir. Müdafiəçi peşəkar olaraq ölkəsinin “Brampton Honeybadgers” komandasında oynayıb. “Lənkəran” onun ilk Avropa macərası olacaq.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery və Nmeso Nne bedum transferlərini həyata keçirib.

Chosen
66
teleqraf.com

1Sources