EN

Ərdəbilli millət vəkili bahalığa görə Pezeşkianı qınadı

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Vətəndaşlar son 1 ildə baş verən qiymət artımlarından, inflyasiyadan əsəbiləşir, narahatdırlar və bununla bağlı problemlər açıq şəkildə hiss olunur.

Gunaz.tv

Bunu Nəmin, Nir və Sərein şəhərlərinin İran parlamentindəki nümayəndəsi Südef Bədri deyib.

O, dünən Ərdəbil əyalətinin investorları və iqtisadi fəallarının prezidentlə görüşündə bildiribıxış edib və narazılıqların artdığını bildirib:

"Buna görə də, hökumət tez bir zamanda bazarı düzgün və sistemli şəkildə idarə etməli, həddindən artıq qiymət artımının qarşısını almalıdır, çünki ani və gündəlik dəyişikliklər insanları əvvəlkindən də daha çox narahat və nigəran edib".

Əyalətdə eerji, xüsusilə elektrik çatışmazlığına toxunan millət vəkili, prezidentdən problemin həlli üçün əməli işlər görülməsini tələb edib.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da, Məsud Pezeşkianı qiymət artımı və infliyasiyaya görə qınayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
icma.az

2Sources