EN

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 113 kiloqramqızıl istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü iləmüqayisədə 637 kiloqram və ya 43,1% artıb. Ötən ilin ilk səkkizayında Azərbaycanda 1 476 kiloqram qızıl istehsal olunmuşdu.

Cari ilin sentyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatınınmiqdarı 114,5 kiloqram olub.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında ölkədə 2 746 kqgümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəkigöstərici ilə müqayisədə 684,2 kq və ya 33,2% artım deməkdir.

Bu ilin sentyabr ayının birinə ölkədə hazır gümüş ehtiyatınınmiqdarı 577 kiloqram olub.

Məqalədə:
Chosen
4
1
az.trend.az

10Sources