EN

Şahzadə Harri Ukraynaya gözlənilməz səfər edib

Şahzadə Harri Ukrayna hökumətinin dəvəti ilə gözlənilməz şəkildə Kiyevə səfər edib.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu Rusiya ilə müharibədə yaralanan hərbi qulluqçuların sağalmasına kömək etmək üçün əlindən gələni edəcəyini deyib. Onun Kiyevə İnviktus Oyunları Fondunun komandası ilə birgə gəldiyi və yaralıların reabilitasiyası üçün yeni planları açıqlayacağı gözlənilir. Təhlükəsizlik səbəbindən Şahzadənin dəqiq proqramı açıqlanmayıb.

Harri ilk dəfə bu ilin aprelində Lvovdakı “Superhumans” travma mərkəzinin təsisçisinin dəvəti ilə Ukraynada olub və burada reabilitasiya olunan müharibə qurbanları ilə görüşüb.

Chosen
27
2
ikisahil.az

3Sources