EN

4000 uşağın özəl bağçaya cəlb olunması planlaşdırılır

 

Dövlət-özəl valideyn əməkdaşlığı çərçivəsində 4000 uşağın özəl bağçada təhsil alması hədəflənir. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov deyib.

Hazırda bu layihə çərçivəsində 1500 uşaq özəl bağçada tədris prosesinə cəlb olunub.

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə özəl-dövlət tərəfdaşlığı modeli üzrə 24 özəl bağça qrant layihəsinə qoşulub. Onlardan ikisi regionlarda yerləşir. 

Layihə çərçivəsində dövlət hər bir uşaq üçün aylıq 250 manat maliyyə vəsaiti ayırır, yerdə qalan məbləğ valideyn tərəfindən ödənilir.

Gülnar Nazimqızı

Chosen
48
anews.az

1Sources