EN

Gələn həftə Laçında əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində əmək yarmarkası keçirəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir 16 sentyabr 2025-ci il tarixində, saat 11:00-da Agentliyin Laçın rayonu üzrə xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi 138) təşkil olunacaq.

″Laçın″ İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə keçiriləcək yarmarkada Laçın rayonu üzrə həmin müəssisələrə aid növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. iş yerləri üzrə vakansiyalar təqdim ediləcək.Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

Mustafa Kamal
XQ

Chosen
27
10
xalqqazeti.az

10Sources