EN

Maliyyə Nazirliyindən nəzarət tədbirləri ilə bağlı jurnalistlərə MÜRACİƏT

Maliyyə

Son günlər Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur.

Bununla bağlı Maliyyə Nazirliyindən 1news.az-a verilən məlumatda bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə həyata keçirilir, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.

Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur.

Chosen
20
16
1news.az

10Sources