EN

Ovusu Kvabena yenidən Azərbaycanda oynamaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Azərbaycanda oynamaq istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə Sport24.az-a qanalı hücumçunun agenti Roy Rajber açıqlama verib.
"Ovusu Kvabenaya bir neçə təklif var idi və tezliklə yeni klubla müqavilə bağlaya bilər. Azərbaycandan heç bir komanda mənimlə əlaqə saxlamayıb, zəng etməyib. Amma futbolçu bu ölkəni çox sevir, geri qayıtmaq və yenidən orada oynamaq istəyərdi".
Qeyd edək ki, Ovusu Kvabena 2020-23-cü illərdə "Qarabağ"ın formasını geyinib. Son olaraq icarə əsasında Türkiyə təmsilçisi "Ankaragücü"ndə çıxış edən oyunçunun Macarıstanın "Ferentsvaroş" klubu ilə müqaviləsi yayda başa çatıb.
Chosen
63
2
oxu.az

5Sources