EN

Naxçıvan şəhərində bəzi əraziləri su basıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

“İki sahil” xəbər verir ki,  Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatlar əsasında nazirliyin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.

Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Chosen
26
13
ikisahil.az

10Sources