EN

Hər 10 dərsdən 7-də qiymətləndirmə düzgün aparılmır -

Dərslərdə vaxtın idarə olunması və formatıv qiymətləndirmədə problemlər qalmaqdadır. Metbuat.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, son iki il ərzində ev tapşırıqlarının yoxlanılmasına həddindən artıq vaxt sərf olunan dərslərə daha az rast gəlinir. Azərbaycan dili və ingilis dili dərslərində dil qaydalarına həsr olunan, lakin təlim nəticəsi ilə birbaşa əlaqəsi olmayan sual-cavab prosesləri əvvəlki illərə nisbətən daha az vaxt aparır. Bu tədrisdə müsbət dəyişikliklərdən biri kimi dəyərləndirilir. Hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə etsələr də, formatıv qiymətləndirmə sahəsində ciddi çatışmazlıqlar qalmaqdadır. Belə ki, hər 10 dərsdən 7-də formatıv qiymətləndirmə düzgün aparılmır.

Məlumata görə, müəllimlərin formatıv qiymətləndirmənin mahiyyəti barədə anlayışları məhduddur. Çox hallarda bu proses yalnız “Məktəbli kitabçası”na səviyyə və ya qiymət yazmaq kimi qəbul edilir. Qiymətləndirmə meyarlara uyğun aparılmır, şagirdlərə əsasən fərdi rəy verilmir, verilən rəy isə çox vaxt faydalı olmur.

Chosen
43
metbuat.az

1Sources