BAKI, 12 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında magistral qaz kəmərləri ilə 26662,6 milyon kub-metr qaz nəql edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin yanvar-avqust aylarına nisbətən 0,7% çoxdur.
Qazın nəqlinin 57%-i BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 15200,5 milyon kub-metr qaz ötürülüb.