EN

Azərbaycanın bu ərazisində su olmayacaq

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

Buna səbəb şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.

Saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.  (Report)

Chosen
25
16
musavat.com

10Sources