EN

Prezident: Ermənistan Rusiyanın kiçik qardaşı deyil

Ermənistan Rusiyanın üçün kiçik qardaş deyil, tərəfdaşdır.

APA xəbər verir ki, bunu RTV1 telekanalına müsahibəsində Ermənistan Prezidenti Vaahn Xaçaturyan deyib.

“Rusiyalı tərəfdaşların Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almalarını istəyirik. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, lakin hesab edir ki, Rusiya da "iqtisadi mənada" Ermənistandan asılıdır”, - o bildirib.


Avropa İttifaqı ilə münasibətlər kontekstində Xaçaturyan bildirib ki, Ermənistan hakimiyyəti kiminlə necə ticarət və əməkdaşlıq aparacağını, diplomatik münasibət quracağını özü müəyyən etməlidir. Bununla yanaşı, o əmindir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq heç bir qaydanı pozmur və təşkilatın müəyyən etdiyi şərtlərlə işləyir.

Prezidentin sözlərinə görə, bu istiqamətdə indiyə qədər heç bir problem yaşanmayıb.
Chosen
23
50
sherg.az

10Sources