EN

2025-2026-cı ildə işə qəbul olmuş pedaqoji heyətin sayı açıqlanıb

2025-2026-cı ildə işə qəbul olmuş pedaqoji heyətin sayı 4500-ə yaxın olub. 

Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. O bildirib ki, orta bal göstəricisi şəhər məktəblərində: 80 faiz, kənd məktəblərində 70 faiz olub. 

Tədbir Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən təşkil edilib.

Chosen
43
2
operativmedia.az

3Sources