EN

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

 Nazirlər Kabineti "e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu Qərarın 1- ci hissəsi nəzərə alınmaqla, Prezidentin 12 sentyabr 2018-ci il tarixli "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər" haqqında fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Qeyd edək ki, əsasnamədə "e-mühasibat" informasiya sisteminin texniki-texnoloji infrastrukturu, altsistemlər, sistemə ötürülən məlumatların dairəsi, sistem sahibinin, iştirakçıların hüquq və vəzifələri barədə müddəalar göstərilib.

"e-mühasibat" informasiya sistemi "Mühasibat uçotu haqqında" qanununun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən Maliyyə Nazirliyinə təqdim edilməli olan maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə, mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsinə xidmət edir.

Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də mühasibat uçotu sahəsi üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Chosen
1
1
unikal.az

2Sources