Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" iqtidarına müraciət edərək öz qadın işçilərinin ölkədəki BMT binalarına daxil olmasına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Oxu.Az xəbər verir ki, məlumatı BMT-nin mətbuat xidməti yayıb.
BMT-dən bildirilib ki, bir neçə gün əvvəl faktiki olaraq Əfqanıstan təhlükəsizlik qüvvələri yerli qadın işçi və podratçıların BMT-nin Kabildə yerləşən binalarına daxil olmasına mane olub.
"Təhlükəsizlik qüvvələri BMT-nin Kabil, Herat və Məzari-Şərifdəki binalarının girişlərində dayanaraq qadın əməkdaşların binaya daxil olmasına icazə vermirlər", - BMT-dən bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.