EN

Qırğızıstanda parlamentin buraxılması təşəbbüsü: Deputatlar qrup yaratdı - ÖZƏL

Qırğızıstanda deputatların təşəbbüsü ilə Joqorku Keneşin (parlamentin) buraxılması üçün xüsusi qrup yaradılıb. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin AKİpress informasiya agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təşəbbüs qrupu sentyabrın 12-də ilk iclasını keçirib. Təklifin parlamentin müzakirəsinə isə sentyabrın 20-dən sonra çıxarılması planlaşdırılır. Konstitusiyaya əsasən, təşəbbüsün parlamentə təqdim olunması üçün deputatların üçdə birinin dəstəyi tələb olunur. Sənədin qəbul edilməsi isə yalnız azı üçdə iki - 60 deputatın səsi ilə mümkündür. Qanuna görə, əgər parlament özünü buraxmaq barədə qərar qəbul edərsə, növbədənkənar seçkilər 40-65 gün ərzində keçirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources