EN

Qırğızıstanda parlamentin buraxılması ilə bağlı imza toplanılır

BAKI, 12 sentyabr. TELEQRAF

Qırğızıstanda bir qrup deputat parlamentin buraxılması üçün imza toplamağa başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Adları açıqlanmayan təşəbbüskar deputatların bu məqsədlə qrup yaradıblar. Yaxınlarda onların özlərini bəyan edəcəyi bildirilib.

Xatırladaq ki, Qırğızıstan Konstitusiyasına görə, parlamentin buraxılması barədə qərar yalnız deputatların 2/3 hissəsinin və ya 60 nəfərin səs çoxluğu ilə qəbul edilir.

Növbədənkənar seçkilər parlament buraxıldığı andan 40-65 gün ərzində keçirilməlidir. Parlament sentyabr və ya oktyabrın birinci yarısında buraxılsa, seçkilər bu ilin noyabrında keçirilə bilər. Səkkizinci çağırış parlamentin tərkibini seçicilər müəyyən etməlidir.

Chosen
28
teleqraf.com

1Sources