EN

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı



Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 172, o cümlədən borclu şəxs qismində axtarışda olan 151 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

aia.az



Chosen
10
49
aia.az

10Sources