EN

Rusiya daha qardaşımız deyil – Ermənistan prezidenti

BAKI, TurkicWorld

Ermənistan daha Rusiyanın qardaşı deyil.

TurkicWorld xəbər verir ki, belə bir bəyanatla Ermənistanın prezidenti Vaaqn Xaçaturyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistan artıq öz iqtisadiyyatını şaxələndirib və İrəvan Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlar qəbul edəcəyini nəzərə alacağına ümid edir.

“İndi Rusiya ilə tam fərqli münasibətlərimiz var – tərəfdaş münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük qardaşın kiçik qardaşa münasibəti kimi deyil, sadəcə tərəfdaş münasibətləridir. Biz son dörd ildə elə buna nail olmağa çalışırdı”, -deyə Ermənistan prezidenti deyib.

Chosen
14
50
turkic.world

10Sources